dövlət sirrinin mühafizəsi sistemi

Dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusu

dövlət sirri təşkil edən məlumatların siyahısı
dövlət statistika orqanları
OBASTAN VİKİ
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya - Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (Qısa adı — İdarələrarası Komissiya) Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır. İdarələrarası Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır. == Tarix == Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır. 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərman ilə “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin dəyişikliyi təsdiq edilmişdir. Daha sonra Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun təsdiq edib. == Status == İdarələrarası Komissiyanın əsas vəzifəsi dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş funksiyalara müvafiq təşkil və təmin etməkdən ibarətdir. İdarələrarası Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. İdarələrarası Komissiya öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara baxır və rəy verir. Qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla, dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Ermənistanın dövlət sistemi
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. == Missiyası == Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA — Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə" və fəaliyyətinə aid qanunvericiliyə əsasən qəbul edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları təşkil edir. Azərbaycan Demokratik Respublikası Parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Qanuna əsasən parlamentin ixtiyarında olan "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirmişdir. Belə ki, 1931–1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), 1936–1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi adlanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başlamışdır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamı ilə 23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.
Birləşmiş Krallığının dövlət sistemi
Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub. == Monarxın rəsmi vəzifələri == Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir: Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri), Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq; Müharibə elan etmək/sülh bağlamaq, Xarici dövlət və hökumətləri rəsmən tanımaq, Saziş bağlamaq, Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək, Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir), Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq, Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək, Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək, Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək, Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq; Dövlətin başçısı olmaq, Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.
Bitki Mühafizəsi
Bitki mühafizəsi — Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsidir. Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi; bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması; bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi. Aqrotexniki üsulla Bitki mühafizəsi zamanı kənd təsərrüfatı bitkilərinin böyümə və inkişafı üçün əlverişli şərait yaradılır, xəstəlik törədicilərinin və zərərvericilərinin inkişafının qarşısı alınır. Bu tədbirlərə düzgün növbəli əkin, alaq otlarının məhv edilməsi, bitki əkilən torpağın keyfiyyətlə becərilməsi, mineral və üzvi gübrələrin normada tətbiqi, bitki qalıqlarının məhv edilməsi, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlardan, sağlam əkin materialından və sair istifadə edilməsi aiddir. Son vaxtlar zərərvericilərə qarşı mübarizədə kompleks üsullardan, o cümlədən faydalı entomofaqları qorumaqla, onların təbii ehtiyatını artırmaqla və biol. mübarizəyə geniş yer verilməklə, kimyəvi mübarizənin minimuma endirilməsi qarşıya məqsəd qoyulmuşdur. == Ədəbiyyat == Məmmədova S. R.; Xəlilov B. B. Kənd təsərrüfatı entomologiyası 1986., Cəfərov İ. H. Kənd təsərrüfatı fitopatologiyası. B.2001.
Təbiətin mühafizəsi
Təbiətin mühafizəsi – Ətraf təbii mühitin mühafizəsi-təbii ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan Respublikasında təbiətin mühafizəsi müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata keçirilir. Təbiətin mühafizəsi torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbiətin mühafizəsi ideyası və qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. Təbiətin mühafizəsi eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir.
Qadisiyyə mühafizəsi
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Sahil mühafizəsi
Sahil mühafizəsi ölkələrin dənizlərdən olan təhlükəsizliyini (hüquq-mühafizə orqanı) təmin edən təşkilatdır. Sahil mühafizəsi xidmətlərinin tərifi və əhatə dairəsi və onları həyata keçirən orqanın strukturu ölkələrin müvafiq qanunvericiliklərindən asılı olaraq ölkələr arasında çox böyük fərqliliklər göstərə bilir. Sahil mühafizəsini icra edən orqanların vəzifələri sırasına dəniz qanunvericiliyinin tətbiqi, milli dəniz sərhədlərinin mühafizə edilməsi, patrul xidmətləri, dəniz və ya sahildə həyata keçirilən narkotik qaçaqmalçılığı, silah qaçaqmalçılığı, insan qaçaqmalçılığı və digər qeyri-qanuni kommersiya fəaliyyətləri ilə mübarizə aparmaq, dənizin çirklənməsi ilə mübarizə aparmaq, dəniz gəmiləri və dənizdə olan şəxslərin mühafizəsi və xilas edilməsi ilə bərabər milli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi daxildir. Xüsusilə də müharibə dövründə bu vəzifələr limanların təhlükəsizliyinin təmin edilməsi və dəniz kəşfiyyatını əhatə edəcək şəkildə genişləndirilə bilər. Azərbaycan Respublikasında sahil mühafizə xidmətini Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təşkil edir.
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Brendin mühafizəsi
Brendin mühafizəsi (ing. Brand protection) — şirkətin və ya fərdin brendini rəqabətdən və qanunsuz istifadədən qorumaq üçün tətbiq olunan tədbirlər və strategiyalar toplusudur. Brend, bir şirkətin məhsul və ya xidmətlərini rəqiblərindən fərqləndirən əmtəə nişanı, loqo, şüar, dizayn, rəng palitrası və ümumi vizual identifikasiyanı əhatə edir. Brendin mühafizəsi, istehlakçıların yanlış yönləndirilməsinin qarşısını almaq, brendin dəyərini qorumaq və onun saxtalaşdırılması və ya təqlid edilməsinə mane olmaq məqsədi daşıyır. == Əhəmiyyəti == Brend bir şirkət üçün əhəmiyyətli aktiv hesab olunur. Güclü bir brend şirkətin bazardakı mövqeyini qorumaqla yanaşı, onun müştəri bazasını genişləndirir və dəyərini artırır. Buna görə də, brendin mühafizəsi şirkətlərin uzunmüddətli uğuru və rəqabət qabiliyyəti üçün vacibdir. Brendin mühafizəsi aşağıdakı məsələləri əhatə edir: Saxtalaşdırmanın qarşısını almaq — saxta məhsulların istehsalı və satışı brendin dəyərinə ciddi ziyan vura bilər. Brendin mühafizəsi bu cür qanunsuz fəaliyyətləri aşkar etmək və onlara qarşı hüquqi tədbirlər görmək məqsədi daşıyır. Reputasiyanın qorunması — şirkətin brendi onun bazardakı nüfuzunu əks etdirir.
Astagəl lorilərin mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Qalın Lori mühafizəsi

Qalın lorilərin mühafizəsi

Sahil Mühafizəsi Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Torpağın sanitar mühafizəsi
Torpağın sanitar mühafizəsi— torpağın çirklənməsinin qarşısının alınmasına yönəldilən qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Zibil, peyin, çirklənmiş ərazilər və çirkab suları düzgün zərərsizləşdirilmədikdə çürüyür və torpağa qarışır. Daha sonra torpaqdan istifadə, suvarma və yağıntılar vasitəsilə bu çürüntülər su təchizatı mənbələrinə düşərək mədə-bağırsaq xəstəlikləri törədicilərinin və helmintozların, həmçinin insan və heyvanlarda xəstəlik törədiciləri daşıyıcıları olan həşəratların inkişafı üçün mənbə rolunu oynayır. Çirklənmiş torpaqlarda milçəklər, moskitlər, göyün yumurtalarını qoyur, orada gəmiricilər yaşayıb artaraq çuma, tulyaremiya kimi infeksiyanın törədicisi olurlar. Torpaq tullantıları çox çirkləndikdə öz-özünü təmizləmə qabiliyyətini itirir. Torpaqda çürümə və qıcqırma prosesləri sürətlənir. Torpağın çirklənmə dərəcəsi kimyəvi, bakterioloji və helmintoloji tədqiqatlara əsaslanaraq sanitar-epidemioloji stansiyaların işçiləri tərəfindən müəyyənləşdirilir.
Xəzər Mühafizəsi Təşəbbüsü
Xəzər Mühafizəsi Təşəbbüsü ABŞ Müdafiə Nazirliyinin regional təhlükəsizlik proqramıdır. Proqram Xəzər dənizinin təhlükəsizliyini artırmaq üçün Azərbaycan və Qazaxıstanda ABŞ Mərkəzi Komandanlığı və digər ABŞ dövlət qurumlarının fəaliyyəti ilə birgə koordinasiya təşkil etmək üçün nəzərdə tutulub. Proqram rəsmi olaraq iki ölkəyə Xəzər regionunda terrorizm, dəniz quldurluğu, nüvə silahlarının daşınması, narkotik və insan alveri və digər transmilli təhdidlərin qarşısının alınması və lazım gəldikdə onlara cavab vermək imkanlarının təkmilləşdirilməsində yardım kimi təsvir edilir. Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı Azərbaycandakı əməliyyatlara cavabdehdir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hava Mühafizəsi
== Missiyası == Azərbaycan Hava Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Havadan iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Hava Mühafizəsi Hava qanunlarının icrası, Hava Qüvvələrinə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. == Missiyası == Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA — Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə" və fəaliyyətinə aid qanunvericiliyə əsasən qəbul edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları təşkil edir. == Tarixi == Azərbaycan Demokratik Respublikası Parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Qanuna əsasən parlamentin ixtiyarında olan "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirmişdir. Belə ki, 1931–1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), 1936–1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi adlanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başlamışdır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamı ilə 23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. == Hüquqi status == Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.